satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon süni intellektin tətbiqi üçün 500 milyon dollarlıq müqavilə imzalayıb

Pentaqon süni intellektin tətbiqi üçün 500 milyon dollarlıq müqavilə imzalayıb

Pentaqon “Scale” şirkəti ilə süni intellektinin tətbiqi üçün 500 milyon dollarlıq müqavilə imzalayıb.

NTV “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi bu şirkətlə əməkdaşlıq edərək məlumatların emalı və qərar qəbuletmə prosesinin təkmilləşdirilməsinə çalışır.

“Scale”nin dövlət sektoru əməliyyatları üzrə rəhbəri Den Tadrosun sözlərinə görə, yeni müqavilə departamentlərin bu texnologiyanı tətbiq etmək öhdəliyini nümayiş etdirir.

Xatırladaq ki, yanvar ayında ABŞ Müdafiə katibi Pit Heqset daha çox süni intellekt əsaslı alətlər tətbiq etmək və onların istifadəsinə bürokratik maneələri aradan qaldırmaq niyyətində olduğunu açıqlamışdı.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM