Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi yeni qaydada müəyyənləşir.
NTV xəbər verir ki, bu barədə "Diplomatik xidmət haqqında" qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, onların məvacibi aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə haqq, təmsilçiliyə görə əlavə haqq, xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması beş saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq və əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələrdən (xidmət şəraitinin ağır və zərərliliyinə, iqlim şəraiti və s.) ibarət olacaq.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və əlavələrdən ibarət idi.
