Vaşinqton və Tehran silahlı münaqişənin sona çatması ilə bağlı memorandum imzalamağa yaxındır.
NTV xəbər verir ki, “Axios” portalının mənbələrə istinadla yaydığı məlumata görə, ABŞ rəhbərliyinin Hörmüz boğazında “Azadlıq layihəsi” əməliyyatını dayandırmaq qərarı danışıqlardakı irəliləyişlə əlaqəlidir.
Memorandum layihəsi Vaşinqtonun 14 maddəlik planına əsaslanır. Bu plan regionda hərbi əməliyyatların dayandırılmasını və Hörmüz boğazında gəmiçilik, İranın nüvə proqramı və ABŞ sanksiyalarının aradan qaldırılması perspektivləri barədə 30 günlük danışıqlar dövrünün başlanmasını nəzərdə tutur.
Bildirilir ki, boğazın açılması, İranın nüvə proqramının məhdudlaşdırılması və sanksiyaların ləğvi ilə bağlı razılaşmanın detalları üzrə danışıqlar İslamabadda və ya Cenevrədə keçirilə bilər.
