satellite   Azerspace-1: 11135 H 30000

Tokayev: Qazaxıstan istənilən təhdidləri dəf etməyə hazır olmalıdır

Tokayev: Qazaxıstan istənilən təhdidləri dəf etməyə hazır olmalıdır

Qazaxıstan müxtəlif çətinliklərin qarşısını almağa və istənilən təhdidləri dəf etməyə hazır olmalıdır.

NTV  Qazaxıstan dövlət başçısının mətbuat xidmətinə istinadla xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev bu açıqlamanı dövlət mükafatlarının və hərbi rütbələrin təqdim edilməsi mərasimində verib.

O bildirib ki, bu baxımdan ölkə müdafiə potensialını artırmalı və hər şeydən əvvəl, Silahlı Qüvvələrin texnoloji modernləşdirilməsini davam etdirməlidir. Bu, indiki qeyri-sabit və qarışıq dövrün tələbidir.

Dövlət başçısı qeyd edib ki, bütün münaqişələr diplomatik vasitələrlə və danışıqlar yolu ilə həll olunmalıdır, lakin zərurət yarandıqda, Qazaxıstan öz maraqlarını yalnız diplomatiya yolu ilə deyil, həm də daha qətiyyətli mövqe tutaraq müdafiə etməyə hazırdır. Prezident beynəlxalq hüququn prinsiplərinə və normalarına ciddi şəkildə riayət etməyin vacibliyini vurğulayıb və Qazaxıstanın bütün ölkələrlə dostluq münasibətlərini möhkəmləndirməyə davam edəcəyinə əminlik ifadə edib. O bildirib ki, bu sarsılmaz prinsiplər ölkənin yeni Konstitusiyasında açıq şəkildə təsbit olunub.

Tokayev əlavə edib ki, Silahlı Qüvvələrdə və hərbiləşdirilmiş strukturlarda dərin islahatlar iki il ərzində aparılmalıdır. O, bunu strateji cəhətdən vacib vəzifə adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM