satellite   Azerspace-1: 11135 H 30000

Omsk yaxınlığında baş verən təyyarə qəzasında iki nəfər ölüb

Omsk yaxınlığında baş verən təyyarə qəzasında iki nəfər ölüb

Rusiyanın Omsk vilayətində meşə yanğınlarını izləyən yüngül təyyarə qəzaya uğrayıb, nəticədə iki nəfər həlak olub.

NTV xəbər verir ki, Qərbi Sibir Nəqliyyat Prokurorluğunun məlumatına görə, hadisə yerli vaxtla saat 13:00 radələrində Omsk vilayətinin Azovski Alman Milli Dairəsinin Koşkarevo kəndi yaxınlığında baş verib.

İlkin məlumata görə, “Aviabaza” MMC tərəfindən idarə olunan “Aeroprakt-22” təyyarəsi hava tapşırıqların yerinə yetirərkən qəzaya uğrayıb. Qəzanın səbəbi araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM