Yerli medianın çərşənbə günü verdiyi məlumata görə, İranın paytaxtı Tehranın qərbindəki Əndişə qəsəbəsindəki “Arğavan” ticarət mərkəzində baş verən yanğın nəticəsində azı səkkiz nəfər ölüb. Yaralanan 41 nəfər xəstəxanaya çatdırılıb.
NTV “Fars” agentliyinə istinadla xəbər verir ki, İran paytaxtının Şəhriyar rayonunun qubernatoru çərşənbə axşamı kompleksi bürüyən yanğında qurbanların olduğunu təsdiqləyib. O əlavə edib ki, yanğın söndürülüb və ərazidə təmizləmə işləri aparılır.
Rəsmi şəxsin sözlərinə görə, yanğının sürətlə yayılmasına binanın kompozit fasadı səbəb olub və bu, alovların xarici hissəyə sürətlə yayılmasına imkan verib.
