"Epik Qəzəb” əməliyyatı başa çatıb.
NTV-nin məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio keçirdiyi brifinqdə deyib.
“Biz həmin əməliyyatın məqsədlərinə çatdıq. Əlavə bir vəziyyətin baş verməsini dəstəkləmirik. Biz sülh yoluna üstünlük veririk. Prezident Tramp razılaşmaya üstünlük verir, lakin bu, hələlik İranın seçdiyi yol deyil”,- deyə Rubio bildirib.
