satellite   Azerspace-1: 11135 H 30000

ABŞ narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirib, 3 nəfər ölüb

ABŞ narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirib, 3 nəfər ölüb

ABŞ hərbi qüvvələri şərqi Sakit okeanda narkotik daşıdığı ehtimal edilən qayığa zərbə endirib.

NTV xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

Açıqlamada bildirilir ki, “Cənubi Nizə” xüsusi təyinatlı qrupu terror təşkilatı tərəfindən idarə olunduğu iddia edilən gəmini vurub. Kəşfiyyat məlumatlarına görə, gəmi Şərqi Sakit okeanda məlum narkotik qaçaqmalçılığı marşrutu üzrə hərəkət edib. Əməliyyat zamanı üç nəfər öldürülüb.

Qeyd olunur ki, ötən ilin sentyabr ayından etibarən ABŞ Karib dənizi və Şərqi Sakit okeanda narkotik daşıdığı ehtimal edilən gəmilərə 56 zərbə endirib. Məlumata görə, bu əməliyyatlar nəticəsində 188 nəfər həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM