satellite   Azerspace-1: 11135 H 30000

Den Keyn: Fars körfəzindəki 1 550 gəmidə ümumilikdə 22,5 min dənizçi blokadada qalıb

Den Keyn: Fars körfəzindəki 1 550 gəmidə ümumilikdə 22,5 min dənizçi blokadada qalıb

İranın bütün regiona hücumu nəticəsində hazırda 1 550-dən çox ticarət gəmisinin göyərtəsində olan 22,5 min dənizçi Fars körfəzində blokadada qalıb və hərəkətini davam etdirə bilmir.

NTV xəbər verir ki, bunu ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Pentaqonda keçirilən mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, sonuncu atəşkəs elan edildiyi andan etibarən İran Hörmüz boğazında ticarət gəmilərinə 9 dəfə hücum edib və iki konteyner gəmisini ələ keçirib. Bundan başqa, Tehran ABŞ hərbçilərinə 10 dəfədən çox zərbə endirib.

Keyn vurğulayıb ki, İran "qlobal təchizat zəncirini hərbiləşdirir" və bu, strateji əhəmiyyətli bölgədə gəmiçiliyə təhdidlər yaradır.

O əlavə edib ki, ABŞ cavab tədbiri olaraq "Azadlıq" layihəsi çərçivəsində boğaz ərazisində hərbi mövcudluğunu gücləndirərək blokadanı (İran limanlarının - red.) davam etdirir.

Keyn qeyd edib ki, Hörmüz boğazının cənub hissəsindəki yüksək təhlükəsizlik zonası hazırda ABŞ-nin quru, hərbi-dəniz və hava qüvvələri tərəfindən mühafizə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM