satellite   Azerspace-1: 11135 H 30000

Konstansa limanı Azərbaycanla əməkdaşlıq çərçivəsində enerji mərkəzinə çevrilir

Konstansa limanı Azərbaycanla əməkdaşlıq çərçivəsində enerji mərkəzinə çevrilir

Rumıniyanın “Antena3” televiziya kanalı Konstansa limanının Azərbaycan və Qazaxıstanla əməkdaşlıq fonunda regionda strateji nəqliyyat və enerji mərkəzinə çevrildiyini bildirir.

NTV xəbər verir ki, kanalın məlumatında limanda 500 milyon avrodan artıq dəyərdə iri investisiya layihələri həyata keçirildiyi bildirilib.

Məlumata görə, Konstansa limanı Xəzər regionundan, xüsusilə Azərbaycan və Qazaxıstandan Avropaya enerji resurslarının daşınmasında mühüm rol oynayır. Bu marşrut Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi strategiyasının əsas elementlərindən biri kimi qiymətləndirilir.

Konstansa Dəniz Limanları Milli Administrasiyasının baş direktoru Mihai Teodoresku bildirib ki, limanın inkişafı üzrə genişmiqyaslı layihələr icra mərhələsindədir və bu investisiyalar onun regional rolunu daha da gücləndirəcək. Onun sözlərinə görə, limanın imkanlarının genişləndirilməsi Xəzər regionundan gələn enerji və yük axınlarının artmasına uyğunlaşdırılır.

Qeyd olunur ki, limanda neft və neft məhsullarının qəbulu və emalı üçün infrastruktur yenilənir, böyük tonnajlı gəmilərin qəbulu imkanları artırılır. Bu isə Azərbaycan və Qazaxıstandan gələn yüklərin daha səmərəli şəkildə Avropa bazarlarına çatdırılmasına şərait yaradır.

Məlumatda vurğulanır ki, Konstansa limanı yalnız enerji deyil, həm də ümumi ticarət və logistika baxımından Avropa ilə Asiya arasında əsas qovşaqlardan birinə çevrilir. Regionda baş verən geosiyasi dəyişikliklər bu prosesə əlavə təkan verir.

Kanal qeyd edir ki, həyata keçirilən investisiyalar və əməkdaşlıq layihələri Konstansa limanının Qara dənizdə aparıcı enerji və nəqliyyat mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM