satellite   Azerspace-1: 11135 H 30000

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar ASAN xidmət təşkil olunacaq.

NTV xəbər verir ki, 2026-cı il 5, 6 və 7 iyun tarixlərində Azərbaycanın Gürcüstandakı səfirliyində səyyar xidmət çərçivəsində bir sıra dövlət xidmətləri göstəriləcək.

Vətəndaşlar üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, həmçinin məhkumluq barədə arayışların verilməsi nəzərdə tutulur.

Xidmətlərdən yararlanmaq istəyən şəxslər əvvəlcədən Elektron Növbə Portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Bunun üçün portalda səfirlik seçilərək müvafiq tarixlər üzrə lazımi xidmət növü seçilməlidir.

Qeyd olunur ki, tələb olunan sənədlər tam təqdim edilmədiyi halda xidmət göstərilməyəcək. Eyni zamanda, vətəndaşlardan təyin olunmuş vaxtdan ən azı 15 dəqiqə əvvəl səfirlikdə olmaları xahiş edilir.

Səfirlik Tbilisi şəhərində, Vaxtanq Qorqasali küçəsində yerləşir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM