İngiltərədə aparılan araşdırma gənclər arasında xərçəng xəstəliyini 11 növünün daha çox yayılmağa başladığını ortaya çıxarıb.
NTV BBC-yə istinadla xəbər verir ki, tədqiqat Xərçəng Araşdırmaları İnstitutu və London İmperial Kollecinin alimləri tərəfindən aparılıb. Mütəxəssislər xərçəng hallarının artmasının dəqiq səbəbinin hələ tam aydın olmadığını bildirirlər. Bununla belə, onlar son onilliklərdə artıq çəki və piylənmənin artmasının bu prosesdə müəyyən rol oynaya biləcəyini qeyd edirlər.
Vurğulanır ki, gənc yaş qruplarında ən çox rast gəlinən xərçəng növləri bağırsaq və döş xərçəngidir. Mədəaltı vəzi və öd kisəsi xərçəngi isə daha nadir hallarda qeydə alınır. Araşdırma göstərib ki, bağırsaq xərçəngi ilə yanaşı, qalxanabənzər vəz, çoxsaylı mieloma, qaraciyər, böyrək, öd kisəsi, mədəaltı vəzi, uşaqlıq selikli qişası (endometrium), ağız, döş və yumurtalıq xərçəngi halları da artmaqdadır.
