Fransada “Rafale” döyüş təyyarəsi dronlara qarşı lazerlə yönəldilən raket sistemini sınaqdan keçirir.
NTV xəbər verir ki, fransız texnologiyaları əsasında hazırlanmış bu sistem ənənəvi hava-hava raketlərinə nisbətən daha sərfəli alternativ təqdim etməyi hədəfləyir və 2026-cı ilin yayında istifadəyə verilə bilər.
Bildirilir ki, bu sistemin məqsədi, xüsusilə, “Shahed” dronlarına qarşı istifadə olunan ənənəvi MICA hava-hava raketlərinə nisbətən daha sərfəli alternativ təqdim etməkdir.
