satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya tankeri Hörmüz boğazından keçib

Yaponiya tankeri Hörmüz boğazından keçib

Yaponiyaya məxsus xam neft daşıyan tanker Hörmüz boğazından keçib.

NTV Yaponiya mediasına istinadla xəbər verir ki, 2 milyon barel neft daşıyan tanker İran tərəfindən icazə alaraq boğazı keçib.

Panama bayrağı altında üzən, Yaponiyanın “Idemitsu Kosan” şirkəti tərəfindən idarə olunan “Idemitsu Maru” adlı tankerə martın əvvəlində Səudiyyə Ərəbistanının limanında neft yüklənib. Tanker aprelin 27-də Hörmüz boğazına doğru hərəkətlənib.

Qeyd edək ki, Yaponiyanın Yaxın Şərq neftindən asılılığı yüksəkdir. İdxal neftinin çox hissəsi Hörmüz boğazından keçir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM