“Xiaomi” şirkəti böyük batareyaya və incə dizayna malik smartfonlar üzərində işləyir.
NTV xəbər verir ki, “GizmoChina” nəşrinin məlumatına görə, Çin korporasiyası payız aylarında Çində, daha sonra isə xarici bazarda satışa çıxarılacaq bir neçə smartfon təqdim edəcək. Analitiklər bu cihazların əsas xüsusiyyətləri kimi yüksəksəviyyəli “Snapdragon 8 Elite Gen 6” prosessorunu və 200 meqapiksellik linzalı ikili kameranı göstərirlər.
Həmçinin “Xiaomi 18” seriyası azı 6,3 düym ölçülü ultra nazik çərçivəyə malik OLED ekrana sahib olacaq. Bütün cihazlar minimum 7000 mAh tutumlu batareya və sürətli şarj ilə seçiləcək.
