satellite   Azerspace-1: 11135 H 30000

“TikTok” İndoneziyada 1,7 milyon istifadəçinin hesabını bloklayıb

“TikTok” İndoneziyada 1,7 milyon istifadəçinin hesabını bloklayıb

İndoneziyada uşaqların rəqəmsal müdafiəsi haqqında yeni milli qanunla yaş həddi 16-ya qaldırıldıqdan sonra “TikTok” platforması 1,7 milyon istifadəçinin hesabını bloklayıb.

NTV xəbər verir ki, bu barədə “Antara” agentliyi rabitə və rəqəmsal texnologiyalar naziri Mutyu Hafidə istinadla məlumat yayıb. Nazirin sözlərinə görə, platforma hesabları bloklamaqla İndoneziya qanunlarına riayət etməyə hazır olduğunu təsdiqləyib. “TikTok” bloklanmış hesabların sayını ilk dəfə açıqlayıb və bununla da, öhdəliklərinin konkret hərəkətlərlə dəstəkləndiyini sübut edib. Sosial şəbəkə, həmçinin İndoneziyada qumar oyunları və onlayn fırıldaqçılıq da daxil olmaqla, kibercinayətkarlığa qarşı mübarizəsini genişləndirmək niyyətindədir.

İndoneziyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə, o cümlədən hesablar yaratmasına qoyulan qadağa martın 28-də qüvvəyə minib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM