satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə DİN-in rəhbəri: Narkotiklər müxtəlif cinayətləri qidalandıran “qaranlıq arteriyadır”

Türkiyə DİN-in rəhbəri: Narkotiklər müxtəlif cinayətləri qidalandıran “qaranlıq arteriyadır”

2026-cı il yanvarın 1-dən aprelin 25-dək Türkiyədə narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində 17.188 əməliyyat keçirilib, ümumilikdə 16,8 ton narkotik maddə, 51,2 milyon güclü həb və 49.000 çətənə kolu müsadirə edilib. İlin əvvəlindən bəri hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən 298 mütəşəkkil cinayətkar qrupdan 46-sı narkotik qaçaqmalçılığı ilə birbaşa əlaqəli olub.

NTV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi jurnalistlərə açıqlamasında bildirib.

Nazir narkotikləri küçə zorakılığı, qanunsuz pul axını şəbəkələri və terrorizmin maliyyələşdirilməsi də daxil olmaqla müxtəlif növ cinayətləri qidalandıran “qaranlıq arteriya” adlandırıb.

“Narkotik maddələrə həvəs yaradan, onlardan istifadəni adi hal kimi qəbul etdirən və ya maraq oyadan hər hansı bir fəaliyyət olduqca zərərlidir. Həmçinin mediada narkotikdən asılı insanların təcrid və təhqirindən çəkinmək, onları çarəsiz və ya başqaları üçün təhlükəli kimi qəbul etməmək lazımdır”, - deyə M. Çiftçi vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM