Avropa İttifaqı Ukraynadan vergi islahatlarını tələb edir, əks halda Kiyevə ayrılacaq 90 milyard avroluq maliyyələşdirmə üçün şərtlər sərtləşdirilə bilər.
NTV xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Ukrayna müəyyən şirkətlər üçün ƏDV-ni 20 faizə qədər artırmalıdır. Bu addımın ölkədə narazılıq yarada biləcəyi qeyd olunur.
