satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və BƏƏ iqtisadi və enerji sahəsində əməkdaşlığı genişləndirir - FOTOLAR

Azərbaycan və BƏƏ iqtisadi və enerji sahəsində əməkdaşlığı genişləndirir<font color=red> - FOTOLAR</font> Azərbaycan və BƏƏ iqtisadi və enerji sahəsində əməkdaşlığı genişləndirir<font color=red> - FOTOLAR</font>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəbələ şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Bu barədə NTV-yə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan ilə BƏƏ arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri geniş müzakirə olunub.

 

Tərəflər siyasi dialoqun yüksək səviyyəsini məmnunluqla qeyd edərək, iqtisadiyyat, ticarət, investisiyalar, enerji (o cümlədən bərpaolunan enerji), nəqliyyat və logistika, yüksək texnologiyalar, təhsil və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

 

C.Bayramov Azərbaycanın əlverişli investisiya mühiti və regionda həyata keçirilən iri infrastruktur layihələri barədə ətraflı məlumat verib, BƏƏ şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə iştirakının əhəmiyyətini vurğulayıb.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq platformalarda əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM