satellite   Azerspace-1: 11135 H 30000

İsveçdə ahıllara qulluq miqrantlardan asılıdır

İsveçdə ahıllara qulluq miqrantlardan asılıdır

İsveçdə ahıllara qulluq sektoru getdikcə daha çox miqrant keçmişi olan işçilərdən asılıdır.

NTV xəbər verir ki, statistikaya görə, bələdiyyə qulluğunda xaricdə doğulmuş işçilərin payı 2014-2024-cü illərdə 13 faizdən 22 faizə qədər artıb.

İsveç səhiyyə və xidmət sistemində çalışan işçilərin əhəmiyyətli hissəsi Aİ və AİZ xaricində doğulub. İsveç Statistika İdarəsinin məlumatına görə, onların çoxu İsveçə qaçqın və ya miqrant ailələrin üzvləri kimi gəlib.

Statistikada iki peşəkar qrup xüsusilə nəzərə çarpır: tibb bacıları köməkçilərinın təxminən 30 faizi və kiçik xidmət personalının 50 faizindən çoxu miqrantlardır. Bununla yanaşı, işçilərə tələbat sürətlə artır. 2030-cu ilə qədər ahıllara qulluq sektorunda azı 50 min yeni işçiyə ehtiyac olacağı təxmin edilir. Bunun səbəblərinə əhalinin yaşlanması, aşağı doğum nisbəti və immiqrasiyanın azalması daxildir. İsveçin daha sərt immiqrasiya siyasəti sosial təminat sisteminin işçi heyəti ilə təmin olunmasını çətinləşdirmək riski ilə üzləşib.

Bələdiyyələr işçi çatışmazlığının aradan qaldırılması yolu kimi qaçqınların qəbulunu fəal şəkildə dəstəkləyir. Araşdırmalara görə, bələdiyyələrin təxminən 80 faizi hesab edir ki, qaçqınların qəbul edilməsi onların ehtiyaclarını ödəməyə kömək edir. Təxminən 50 faiz isə daha çox sayda miqrant qəbuluna ehtiyac olduğunu bildirir.

Lakin çətinliklər hələ də qalmaqdadır. Xüsusilə, bəzi işçilərin İsveç dili biliyi qeyri-kafi hesab olunur, buna görə də dil tələbləri və təlim proqramları tətbiq olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM