satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan Patriarxlığına üç əsas namizəd var

Gürcüstan Patriarxlığına üç əsas namizəd var

Gürcü Pravoslav Kilsəsinin Müqəddəs Sinodu Katolikos-Patriarx vəzifəsinə namizədləri müəyyən edib.

NTV  xəbər verir ki, Sinodun qərarına əsasən, patriarx postuna üç əsas namizəd irəli sürülüb: Senaki və Çxorotsku mitropoliti Şio (Muciri), Urbnisi və Ruisi yeparxiyasının mitropoliti İov (Akiyaşvili) və Poti və Xobi mitropoliti Qriqoli (Berbiçaşvili).

Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Andria Jagmaidze jurnalistlərə açıqlamasında bildirib ki, gizli səsvermənin nəticələrinə görə, Şio (Muciri) 20 səs toplayıb, digər iki namizəd isə hər biri 7 səs əldə edib.

Onun sözlərinə görə, ilkin mərhələdə digər namizədlər – yepiskoplar Qriqol Katsia, Dositeos və Melkisedek irəli sürülsə də, yekunda üç əsas namizəd seçilib.

Qeyd olunub ki, növbəti mərhələdə bu üç namizəd arasında seçim genişləndirilmiş kilsə məclisində gizli səsvermə yolu ilə aparılacaq və nəticədə yeni Katolikos-Patriarx müəyyənləşəcək. Səsvermənin tarixi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub və matəm günləri dəfn mərasiminə qədər (22 mart) davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM