satellite   Azerspace-1: 11135 H 30000

NATO Hərbi Komitəsinin iclasında Ukraynaya dəstək məsələsi müzakirə olunacaq

NATO Hərbi Komitəsinin iclasında Ukraynaya dəstək məsələsi müzakirə olunacaq

NATO-nun ali hərbi orqanı - Hərbi Komitə mayın 19-da müdafiə qərargahları rəisləri səviyyəsində iclas keçirəcək.

Bu barədə NTV NATO-nun məlumatına istinadən xəbər verir.

NATO-dan vurğulanıb ki, iclasa 32 müttəfiq nümayəndəsinin, eləcə də Alyansın Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Q.Qrinkeviçin və Transformasiya üzrə Ali Baş Komandan admiral Pyer Vandyenin iştirakı ilə Hərbi Komitənin sədri admiral Cuzeppe Kavo Draqone sədrlik edəcək.

Hərbi Komitənin birinci sessiyası zamanı Qrinkeviç NATO-nun çəkindirmə və müdafiəsinin gücləndirilməsi üzrə gələcək addımlarına dair məruzə təqdim edəcək.

Müttəfiq ölkələrin müdafiə qərargahları rəisləri həmçinin NATO-nun rəhbərliyi altında həyata keçirilən cari missiyaların, tədbirlərin və əməliyyatların vəziyyətini müzakirə edəcəklər.

Müzakirələrə NATO-nun Baş katibi Mark Rütte də qoşulacaq.

"İkinci sessiyada Pyer Vandye NATO-nun müdafiə planlaşdırılması prosesini necə transformasiya etdiyinə dair yenilənmiş icmalı təqdim edəcək: söhbət müharibənin dəyişən xarakteri nəzərə alınmaqla yeni texnologiyaların, innovasiyaların və döyüş təcrübəsinin daha dərindən inteqrasiyasından, hərbi imkanların inkişafının sürətləndirilməsindən və müttəfiqlərin hədəf göstəricilərə daha tez çatmasına dəstəkdən gedir. Üçüncü sessiya NATO–Ukrayna Şurası formatında keçiriləcək", - məlumatda deyilir.

Gündəlikdə həmçinin NATO və Aİ tərəfindən Ukraynaya gələcək dəstək məsələsi də var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM