satellite   Azerspace-1: 11135 H 30000

İsveçdə NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər başlanıb

İsveçdə NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər başlanıb

İsveç Silahlı Qüvvələri NATO ölkələrinin, eləcə də Ukrayna hərbi qulluqçuların iştirak etdiyi ən böyük milli təlimə (“Avrora-26”) başlanıb.

NTV vxəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təlimlərdə 16 mindən çox İsveç hərbi qulluqçusu, dənizçisi və zabiti, həmçinin 1500-ə yaxın xarici hərbçi iştirak edir. Xarici iştirakçılar arasında ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Niderland, Almaniya, Danimarka, Norveç, Finlandiya, Estoniya və Latviyadan olan hərbçilər var. Mayın 13-dək davam edəcək təlimlərdə diqqət həm İsveç, həm də NATO ölkələrinə aid ərazilərin müdafiəsinə, eləcə də strateji əhəmiyyətli rayonların müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.

Manevrlər əsasən İsveçin cənub və mərkəzi hissəsində, Qotland adasında və Baltik dənizi bölgəsində keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM