satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Qırx ildir yüz minlərlə insan Çernobıl faciəsindən əziyyət çəkir

Zelenski: Qırx ildir yüz minlərlə insan Çernobıl faciəsindən əziyyət çəkir

Qırx il əvvəl dünya ən böyük nüvə fəlakətlərindən biri - Çernobıl Atom Elektrik Stansiyasında 4-cü reaktorun partlaması ilə üzləşdi. Xeyli miqdarda radioaktiv maddə yayıldı. Yüz minlərlə insan illərdir ki, bu faciənin nəticələrindən əziyyət çəkir.

 

NTV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Çernobıl faciəsinin 40-cı ildönümü ilə bağlı etdiyi müraciətində bildirib.

“Radiasiyanı cilovlamaq üçün dağıdılmış reaktorun üzərində bir sarkofaq tikildi. Daha sonra 40-dan çox ölkə gələcək fəlakətlərin qarşısını almaq üçün onu təhlükəsiz şəkildə bağladı. Bu iki tikili radiasiyanın yayılmasından və çirklənmədən qoruyur. Onların saxlanması və qorunması hər kəsin maraqlarına uyğundur. Lakin Rusiya müharibə ilə dünyanı bir daha texnogen fəlakətin astanasına gətirir. Rusiya-İran "Şahed”ləri daim stansiyanın üzərindən uçur və onlardan biri keçən il zərbə vurdu”, - deyə Zelenski əlavə edib.

Ukrayna Prezidenti deyib ki, dünya bu nüvə terrorizminin davam etməsinə icazə verməməlidir və ən yaxşı yol Rusiyanı hücumları dayandırmağa məcbur etməkdir.

“Bu faciənin nəticələri ilə mübarizə aparan hər kəsi xatırlayırıq. Çernobıl fəlakətinin bütün qurbanlarının xatirəsi anılır”, - deyə Zelenski vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM