satellite   Azerspace-1: 11135 H 30000

Kolumbiyada baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 38 nəfər yaralanıb

Kolumbiyada baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 38 nəfər yaralanıb

Kolumbiyanın cənub-qərbində baş verən partlayış nəticəsində 14 nəfər həlak olub, 38 nəfər yaralanıb.

 

NTV xarici mediaya istinadla xəbər verir ki, Kauka inzibati bölgəsindəki Kajibio şəhərindəki Panamerikan magistral yolundakı suötürücü boruya yerləşdirilmiş partlayıcı qurğu nəqliyyat vasitələri keçərkən işə salınıb.

 

Əraziyə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb edilib.

 

Şahidlərin sözlərinə görə, partlayış nəqliyyatın sıx olduğu bir vaxtda baş verib. Hücum zamanı yerli olaraq "çiva" kimi tanınan ənənəvi kənd avtobusu partlayışın gücündən istifadəyə yararsız hala düşüb.

 

Partlayışın gücü yaxınlıqdakı digər nəqliyyat vasitələrini məhv tdib və yolda böyük bir tıxac yaranıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM