satellite   Azerspace-1: 11135 H 30000

Rusiyalı senator: ABŞ və Ukrayna ilə danışıqlar Azərbaycanda keçirilə bilər

Rusiyalı senator: ABŞ və Ukrayna ilə danışıqlar Azərbaycanda keçirilə bilər

Rusiya ABŞ və Ukrayna ilə danışıqların bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi şərti ilə həmin görüşün Azərbaycan ərazisində keçirilməsini mümkün hesab edir.

NTV Rusiya mediasına istinadla xəbər verir ki, RF Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Vladimir Cabarovun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti nəzərə alınmaqla, Azərbaycan üçtərəfli danışıqlar üçün məqbul məkandır.

Senator əlavə edib ki, əsas şərt ev sahibi ölkədə danışıqlar prosesinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsidir.

Daha əvvəl, aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ ilə Azərbaycan ərazisində danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM