“TotalEnergies” şirkətinin baş direktoru Patrik Puyanne Hörmüz boğazı ilə bağlı mürəkkəb vəziyyətə qarşı dayanıqlılıq çağırışı edib.
NTV xəbər verir ki, baş direktor bu haqda Şantiyi şəhərində Fransa Beynəlxalq Münasibətlər İnstitutu (Ifri) tərəfindən təşkil olunan dünya siyasəti konfransında çıxışı zamanı bildirib. O qeyd edib ki, gələcək iki-üç ay ərzində vəziyyət dəyişməsə, Fransa enerji çatışmazlığı dövrünə daxil olacaq. Puyanne bəzi Asiya ölkələrinin artıq bu halla üzləşdiyini bildirib.
“Hər şey müddətdən asılıdır. Hörmüz boğazı ilə bağlı problemin həlli çox vacibdir”, - deyə Puyanne əlavə edib. O bildirib ki, “TotalEnergies” Orta Şərqdə münaqişənin başlanmasından bəri istehsalının 15 faizini itirib. Buna görə də o, yeni boru xətləri üzrə investisiyaların vacibliyini vurğulayıb ki, bu strateji su yolundan asılılığı azaltsın, çünki bu yol dünya neft və maye təbii qazının 20 faizinin keçdiyi əsas marşrutdur.
Puyanne qeyd edib ki, sistemi dayanıqlı etmək üçün investisiya yatırılmalı, boru xətləri şəbəkəsi yaradılmalıdır: “Bugünkü vəziyyətdə Hörmüz boğazından başqa kifayət qədər çıxış yolu olmaması böyük problem yaradır”.
