İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ nümayəndələri ilə danışıqların ikinci raundunda iştirak etmək üçün cümə günü axşam saatlarında İslamabada gələ bilər.
NTV xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı Pakistan hökumətindəki mənbəyə istinadla məlumat yayıb. Həmin məlumatı Pakistanın PTV dövlət televiziya kanalı də təsdiqləyib.
“Əl Ərəbiyə” telekanalı həmsöhbətinin sözlərinə görə, Əraqçi ilə birlikdə Pakistan paytaxtına “azsaylı İran nümayəndə heyəti” də gələcək.
PTV-nin Pakistan hökumətindəki mənbələrinin verdiyi məlumata əsasən, logistika və təhlükəsizlik məsələləri üzrə amerikalı mütəxəssislər artıq İslamabaddadırlar.
