satellite   Azerspace-1: 11135 H 30000

Tramp: Böyük Britaniya adından Şahzadə Harridən çox mən danışıram

Tramp: Böyük Britaniya adından Şahzadə Harridən çox mən danışıram

ABŞ Prezidenti Donald Tramp Şahzadə Harrinin Ukrayna ilə bağlı açıqlamalarına münasibət bildirərək, onun ölkəni təmsil etmədiyini deyib.

NTV BBC-yə istinadla xəbər verir ki, Şahzadə Harri Kiyevə gözlənilməz səfəri zamanı ABŞ-ni Ukrayna məsələsində liderlik göstərməyə çağırıb. O, ad çəkmədən bildirib ki, Vaşinqton beynəlxalq öhdəliklərinə sadiqliyini nümayiş etdirməlidir və bunu xeyriyyə məqsədilə deyil, qlobal təhlükəsizlikdəki rolu çərçivəsində etməlidir.

Jurnalistlərin bununla bağlı sualını cavablandıran Donald Tramp isə Şahzadə Harrinin Böyük Britaniya adından danışmadığını vurğulayıb. “Bir şeyi dəqiq bilirəm ki, Şahzadə Harri Böyük Britaniya adından danışmır. Məncə, Böyük Britaniya adından ondan daha çox mən danışıram”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Şahzadə Harrinin məsləhətlərini çox yüksək qiymətləndirir.

Qeyd edək ki, Şahzadə Harrinin Ukraynaya səfəri onun həyat yoldaşı Meqan Markl ilə birlikdə Avstraliyaya etdiyi şəxsi səfərdən qısa müddət sonra baş tutub. Cütlük hazırda Kral ailəsinin rəsmi üzvü kimi fəaliyyət göstərmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM