satellite   Azerspace-1: 11135 H 30000

Pentaqonda müzakirə: İspaniyanın NATO üzvlüyü dayandırıla bilər

Pentaqonda müzakirə: İspaniyanın NATO üzvlüyü dayandırıla bilər

Pentaqonda İrana qarşı müharibədə ABŞ-yə kömək etmək istəməyən NATO müttəfiqlərinin cəzalandırılması variantları müzakirə olunur.

NTV xəbər verir ki, “Reuters” agentliyinin mənbələrinə istinadla yaydığı məlumata görə, təklif olunan variantlar arasında İspaniyanın NATO üzvlüyünün dayandırılması və Vaşinqtonun Folklend adaları ilə bağlı mövqeyinə yenidən baxılması da var. Mənbələrdən biri bildirib ki, bu ideya “yüksək rütbəli” əməkdaşlar arasında yayılmış qeydlərdə öz əksini tapıb. Sənəddə bəzi NATO müttəfiqlərinin İran kampaniyası çərçivəsində döyüş tapşırıqlarını yerinə yetirən ABŞ Hərbi Hava Qüvvələrinə öz ərazilərindəki bazalardan istifadə etməyə icazə vermədiyi və bunun Vaşinqtonun narazılığına səbəb olduğu vurğulanır.

Pentaqon tərəfindən nəzərdən keçirilən tədbirlər NATO müttəfiqlərinə “Avropa ölkələrində imtiyaz hissini zəiflətmək” məqsədilə açıq bir siqnal məqsədi daşıyır. Məsələn, İrana qarşı müharibənin ən sərt tənqidçisi olan İspaniyanın alyansda üzvlüyünün dayandırılması ABŞ hərbi əməliyyatları üçün məhdud nəticələrə səbəb olsa da, əhəmiyyətli simvolik təsirə malik ola bilər.

Qeydlərdə ABŞ-nin İspaniyanın üzvlüyünün dayandırılmasına necə nail olacağı barədə məlumat verilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM