satellite   Azerspace-1: 11135 H 30000

Trampın 1 milyon dollarlıq “Qızıl kartı” indiyədək yalnız bir əcnəbiyə verilib

Trampın 1 milyon dollarlıq “Qızıl kartı” indiyədək yalnız bir əcnəbiyə verilib

ABŞ Prezidenti Donald Trampın 1 milyon dollarlıq investisiya müqabilində daimi yaşayış imkanı qazandıran “Qızıl kart” viza proqramı çərçivəsində yalnız bir əcnəbinin ərizəsi təsdiqlənib.

NTV “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu faktı Birləşmiş Ştatların ticarət naziri Hovard Latnik Konqresdəki dinləmə zamanı açıqlayıb. Onun sözlərinə görə, “yüzlərlə” əcnəbinin müraciətləri nəzərdən keçirilir. Daxili Təhlükəsizlik Nazirliyi namizədləri son dərəcə dəqiqliklə yoxlayır və onlar sənədlərin emalı üçün 15 min dollar ödəyir.

Ərizələrin qəbuluna 2025-ci ilin dekabrında başlanılıb. Lakin bundan əvvəl bildirilmişdi ki, proqram qeyri-adi qabiliyyətə malik və ya ABŞ-nin maraqları baxımından dəyərli saylan şəxslər üçün nəzərdə tutulan EB-1 və EB-2 viza kateqoriyalarını əvəz etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM