satellite   Azerspace-1: 11135 H 30000

İspaniyanın NATO-dakı üzvlüyü müvəqqəti dayandırıla bilər

İspaniyanın NATO-dakı üzvlüyü müvəqqəti dayandırıla bilər

Vaşinqton İspaniyanın NATO-da iştirakının müvəqqəti dayandırılması mümkünlüyünü araşdırır.

NTV xəbər verir ki, bu barədə "Reuters" agentliyinə amerikalı məmur bildirib.

Onun məlumatına görə, Pentaqonun daxili elektron yazışmalarında ABŞ-nin İranla qarşıdurma çərçivəsində həyata keçirdiyi əməliyyatlara NATO-dakı müttəfiqlərin dəstəyin qeyri-qənaətbəxş hesab olunacağı təqdirdə, onlara qarşı tətbiq edilə biləcək tədbirlər siyahısı yer alıb."

Bildirilir ki, ssenarilər arasında İspaniyanın NATO-da üzvlüyünün dayandırılması, həmçinin Böyük Britaniyanın Folklend adalarına iddiaları ilə bağlı ABŞ-nin mövqeyinin yenidən nəzərdən keçirilməsi mümkünlüyü də var. Mənbə dəqiqləşdirib ki, bu variantlar ABŞ müdafiə qurumunda ən yüksək səviyyədə müzakirə olunur.

Mənbə dəqiqləşdirib ki, sənəd İrana qarşı hərbi əməliyyatlar kontekstində bir sıra müttəfiqlərin Birləşmiş Ştatlara giriş imkanı, bazalardan istifadə və hava məkanından keçid hüququ (ABO - access, basing and overflight) verməkdən imtina etməsi və ya vermək istəməməsindən Vaşinqtonun narazılığını əks etdirir.

Təklif olunan variantlardan biri "problemli" ölkələrin alyansın strukturlarında mühüm və ya nüfuzlu mövqelərdən kənarlaşdırılmasını nəzərdə tutur.

Bununla yanaşı, mənbənin qeyd edib ki, məktub ABŞ-nin NATO-dan çıxması ilə bağlı təklifləri ehtiva etmir və Avropadakı ABŞ hərbi bazalarının bağlanmasını nəzərdə tutmur. O, müzakirənin ABŞ-nin qitədə hərbi mövcudluğunun azaldılması mümkünlüyünü əhatə edib-etmədiyini dəqiqləşdirməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM