satellite   Azerspace-1: 11135 H 30000

İsveç cinayətkarlara qarşı mübarizəni gücləndirir

İsveç cinayətkarlara qarşı mübarizəni gücləndirir

İsveç hökuməti həcmi ekspertlərin qiymətləndirməsinə görə ildə 300 milyard kronu (təxminən 28 milyard dollar) aşan kriminal iqtisadiyyata qarşı mübarizə tədbirlərini gücləndirir. Bu vəsaitin mühüm hissəsi qeyri-qanuni məşğulluqdan və vergi fırıldaqçılığından əldə olunur. Lakin iri məbləğlər həmçinin narkotik ticarəti də daxil olmaqla ağır cinayət fəaliyyətləri ilə də bağlıdır.

Ədliyyə naziri Qunnar Strömmerin sözlərinə görə, hakimiyyət orqanları cinayətkarların pul və əmlakını müsadirə etmək proseslərini genişləndirmək istəyir. Məqsəd cinayət şəbəkələrinin maliyyə mənbələrini sarsıtmaqdır.

NTV xəbər verir ki, yeni strategiya çərçivəsində daha səmərəli fəaliyyət göstərmək üçün bir neçə qurumu birləşdirən və cinayət yolu ilə əldə olunan gəlirlərin geri qaytarılması üzrə milli mərkəz yaradılır. Artıq ötən il gücləndirilmiş əməkdaşlıq sayəsində təxminən 800 milyon kronun (75 milyon dollara yaxın) geri qaytarılmasına nail olunub.

Maliyyə naziri Elizabet Svantessonun fikrincə, kriminal mühitdə var-dövlət nümayiş etdirmək mədəniyyəti formalaşıb və avtomobillər, saatlar, nağd pul kimi bahalı aktivlərin müsadirəsi təkcə iqtisadi deyil, həm də simvolik əhəmiyyət kəsb edir.

İki il əvvəl müsadirə ilə bağlı qanunvericiliyə edilən dəyişikliklərdən bəri dövlət, təxminən 100 milyon kron dəyərində (9 milyon dollara yaxın) əmlak müsadirə edib. Hakimiyyət orqanları daşınmaz əmlakın da müsadirə edilməsi daxil olmaqla tədbirlərin genişləndirilməsi imkanını nəzərdən keçirir.

Hökumət hesab edir ki, cinayətkarların aktivlərinə nəzarətin sərtləşdirilməsi kriminal şəbəkələri zəiflətməyə və cəmiyyətdə ədaləti bərpa etməyə imkan verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM