satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Türkiyə bayrağının yandırılması təxribatçı davranışdır

Paşinyan: Türkiyə bayrağının yandırılması təxribatçı davranışdır

Ermənistanın Baş naziri Nikol Paşinyan bayraq yandırma təcrübəsini qınayır, bunu məsuliyyətsiz və qəbuledilməz adlandırır.

NTV xəbər verir ki, bunu Baş nazirin sözçüsü Nazeli Baqdasaryan İrəvandakı Respublika meydanında Türkiyə bayrağının yandırılması ilə bağlı danışarkən bildirib.

"Baş nazir Paşinyan bu təcrübəni qınayır, onu məsuliyyətsiz və qəbuledilməz adlandırır. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağının yandırılmasını dövlət başçısı fərqli qiymətləndirə bilməz. Bu, açıq-aydın gərginliyə səbəb olan təxribatçı davranışdır", - Baqdasaryan vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM