Rusiya ordusunun Kiyevə hava hücumu nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 21 nəfər isə yaralanıb.
NTV xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Hava hücumu zamanı Obolon rayonunda park edilmiş avtomobillər yanıb, bir sıra anbarlar dağılıb, təkər təmiri və mağazalar zədələnib. Nəticədə 2 nəfər ölüb, hadisə yerinə gələn 4 təcili yardım əməkdaşı və 2 polis xəsarət alıb.
Podol rayonunda isə yaşayış binalarının fasadları dağılıb, binalardan birinin dağıntıları altında iki meyit tapılıb. Onlardan biri 12 yaşlı uşaq olub, 3 nəfər isə yaralanıb. Eyni zamanda, iki oteldə və digər binalarda da dağıntı qeydə alınıb, iki nəfər xəsarət alıb.
05:38
Rusiya ordusu aprelin 16-na keçən gecədən etibarən Ukraynanın paytaxtı Kiyev şəhərinə ballistik raket zərbələri endirməyə başlayıb.
NTV-nin verdiyi məlumata görə, gecə saatlarından Kiyevdə partlayış səsləri eşidilməkdədir, hava hücumundan müdafiə sistemi aktiv işləyir.
Kiyev şəhər meri Vitali Kliçko “Teleqram” səhifəsində bildirib ki, Rusiyanın paytaxta hava hücumu nəticəsində iki nəfər - 12 yaşlı oğlan və 35 yaşlı qadın həlak olub, 10 nəfər yaralanıb. Həkimlər zərərçəkənlərdən altısını xəstəxanaya yerləşdiriblər.
Hazırda hava həyəcanı siqnalı davam edir.
