satellite   Azerspace-1: 11135 H 30000

Fransada cari il üçün iqtisadi artım proqnozu yenilənib

Fransada cari il üçün iqtisadi artım proqnozu yenilənib

Fransa İqtisadiyyat Nazirliyi Yaxın Şərqdəki müharibənin təsirləri fonunda 2026-cı il üçün iqtisadi artım proqnozunu yeniləyib.

NTV xəbər verir ki, bundan əvvəl 1 faiz proqnozlaşdırılan artım 0,9 faizə dəyişdirilib. Hökumətin inflyasiya proqnozu isə 1,3 faizdən 1,9 faizə yüksəldilib.

Bu düzəlişlərə baxmayaraq, dövlət büdcəsi kəsirinin ÜDM-in 5 faizi səviyyəsində saxlanılması hədəfi dəyişməz olaraq saxlanılıb.

Maliyyə və İqtisadiyyat Nazirliyinin məlumatına görə, yenilənmiş proqnozlar makroiqtisadi qeyri-müəyyənlik şəraitində, xüsusilə də, geosiyasi gərginliklər və enerji qiymətlərinin dalğalanması nəzərə alınaraq verilib.

Nazirlik beynəlxalq vəziyyətin inkişafından asılı olaraq iqtisadi durumun yaxşılaşmasına ümid edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM