satellite   Azerspace-1: 11135 H 30000

İspaniyada miqrantların leqallaşdırılması ilə bağlı fərman təsdiqlənib

İspaniyada miqrantların leqallaşdırılması ilə bağlı fərman təsdiqlənib

İspaniyanın Nazirlər Şurası ölkədə minlərlə miqrantın leqallaşdırılmasına yönəlmiş fərmanı təsdiqləyib. Təşəbbüs təxminən 500 min insana təsir göstərə bilər.

NTV xəbər verir ki, bu barədə İspaniya hökumətinin nümayəndəsi Elma Sais mətbuat konfransında deyib. Onun sözlərinə görə, bundan 2026-cı il yanvarın 1-dək İspaniyaya gələn miqrantlar faydalana biləcəklər. Müvafiq sənəd almaq istəyən şəxs azı beş ay ölkədə fasiləsiz yaşamalı, cinayətdə iştirak etməməli, ictimai asayişə və təhlükəsizliyə təhdid törətməməlidir.

Qeyd edək ki, 2022-ci ildə “Esensiales” İspaniyada yarım milyonadək miqrantın leqallaşdırılmasını dəstəkləyən təxminən 700 min insanın imzasını toplayıb. Təşkilat artıq ölkədə yaşayan və işləyən təxminən yarım milyon əcnəbinin əmək hüquqlarına, mənzilə, tibbi sığortaya və digər əsas ehtiyaclara çıxış üçün lazım olan sənədləri almasının vacibliyini müdafiə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM