İlkin qiymətləndirmələrə görə, İrana sonuncu müharibə zamanı təxminən 270 milyard dollar maddi zərər dəyib.
NTV xəbər verir ki, bunu İran hökumətinin rəsmi sözçüsü bildirib.
Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladıqları hərbi əməliyyatlar aprelin 8-də dayandırılıb və iki həftəlik atəşkəs elan edilib. Tərəflər Pakistanın vasitəçiliyi ilə danışıqlara başlasa da, ilk raund nəticəsiz yekunlaşıb. Bundan sonra ABŞ İran əleyhinə tammiqyaslı dəniz blokadası tətbiq etdiyini bildirib.
“Əl-Arabiyyə” telekanalının məlumatına görə, blokada İran iqtisadiyyatına gündəlik təxminən 435 milyon dollar zərər vurur. Bunun 276 milyon dollarını, əsasən xam neft və neft-kimya məhsullarının ixracındakı itkilər təşkil edir.
