satellite   Azerspace-1: 11135 H 30000

Fransadan dronlarla mübarizə üçün yeni üsul

Fransadan dronlarla mübarizə üçün yeni üsul

Fransa ordusu dronlarla mübarizə üçün yeni üsullardan istifadə edir. Artıq bu ölkənin yalnız “Rafale” qırıcıları və “Tigre” helikopterləri dronları vurmaq iqtidarında deyil, “MQ-9 Reaper” dronları da bu işi icra edə biləcək.

NTV xəbər verir ki, əvvəlcə kəşfiyyat uçuşları üçün nəzərdə tutulan bu dronların 3 ay əvvəl “Hellfire” raketləri ilə təchiz edildiyi və indi onlardan dronlara qarşı ölümcül silah kimi istifadə olunduğu bildirilir.

Məlumata görə, Fransanın Silahlanma Baş İdarəsi və Hərbi Hava Ekspertizası Mərkəzinin dəstəyi ilə bu dronların sınağı həyata keçirilib və problemsiz olub. Bildirildiyinə görə, sınağın uğurlu nəticəsi gələcəkdə bu üsulun geniş tətbiqinə yol aça bilər. Bu metod həm ucuz başa gəlir, həm də pilotların həyatını riskə atmır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM