İndoneziyada 2026-cı il quraqlıq mövsümünün 30 illik orta göstəricidən daha sərt keçəcəyi proqnozlaşdırılır.
NTV İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Meteorologiya, İqlim və Geofizika Agentliyi məlumat yayıb. Bildirilib ki, mövsümün daha tez başlayaraq daha uzun davam edə biləcəyi ehtimal olunur.
Agentlik rəsmisi bunun ekstremal deyil, sadəcə orta göstəricidən daha quru mövsüm olacağını deyib.
Məlumata görə, quraqlığın əsas səbəblərindən biri yağıntıların azalmasına təsir göstərən “El Nino” hadisəsidir. Hazırda onun zəif səviyyədə olduğu, lakin ilin ikinci yarısında güclənə biləcəyi bildirilir.
Meteorologiya, İqlim və Geofizika Agentliyi su ehtiyatlarının qorunması və kənd təsərrüfatına təsirlərin azaldılması üçün tədbirlərin gücləndirilməsini tövsiyə edib.
