satellite   Azerspace-1: 11135 H 30000

Vyetnam lideri To Lamın Çinə dövlət səfəri başlayıb

Vyetnam lideri To Lamın Çinə dövlət səfəri başlayıb

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, Prezident To Lamın Çinə dövlət səfəri başlayıb.

NTV  xəbər verir ki, bu, To Lamın aprelin 7-də Vyetnam Prezidenti seçilməsindən sonra ilk xarici səfəridir.

Aprelin 17-dək davam edəcək səfər çərçivəsində Çinin rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Hərtərəfli Strateji Tərəfdaş olan Çin ilə Vyetnam arasında siyasi, iqtisadi-ticari, təhlükəsizlik sahələrində sıx əməkdaşlıq var. Ötən il 2 ölkə arasında ticarət dövriyyəsinin məbləği 290 milyard ABŞ dollar olub. Çin Vyetnamın birinci, Vyetnam isə Çinin 4-cü ticarət tərəfdaşıdır. Bundan başqa, Çin Vyetnamın kənd təsərrüfatı və balıqçılıq məhsullarının əsas ixrac bazarıdır.

Tərəflər bu yaxınlarda xarici işlər, müdafiə və daxili işlər nazirlərinin "3+3" dialoq platformasını işə salıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM