satellite   Azerspace-1: 11135 H 30000

ABŞ və İtaliyanın rəhbərliyi ilə "Flintlock 2024" təlimləri başlanır

ABŞ və İtaliyanın rəhbərliyi ilə "Flintlock 2024" təlimləri başlanır

ABŞ və İtaliya bu həftə 30-dan çox ölkənin iştirak etdiyi və Birləşmiş Ştatların Afrika Komandanlığının rəhbərliyi ilə keçiriləcək “Flintlock 2026” hərbi təlimlərinə başlayacaq.

NTV xəbər verir ki, ABŞ Dövlət Departamenti bu təlimlərin Liviyada ilk dəfə keçiriləcəyi barədə məlumat yayıb. Afrika ölkələrinin də cəlb olunacağı birgə təlimdə mürəkkəb hava, quru və dəniz ssenariləri tətbiq olunacaq. ABŞ, həmçinin bu təlimlər vasitəsilə qarşıdurma vəziyyətində olan hər iki Liviya hökumətinin silahlı qüvvələrinin inteqrasiyasına nail olmağa ümid edir.

2011-ci ildə Müəmmar Qəddafinin devrilməsi və öldürülməsindən sonra Liviya vahid dövlət kimi fəaliyyətini dayandırıb. Artıq bir neçə ildir ki, ölkənin qərbində Əbdül Həmid Dbeybanın rəhbərlik etdiyi Tripoli hakimiyyəti ilə şərqində Üsamə Hammadın rəhbərlik etdiyi Sirt hakimiyyəti arasında qarşıdurma davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM