Aprelin 14-nə keçən gecə Rusiya dronlarının Ukraynanın "İzmail" limanına hücumları nəticəsində Panama bayrağı altında üzən gəmi zədələnib.
NTV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, yanalma körpüsü, barja və liman avadanlıqları da zərbəyə məruz qalıb.
"Zərbələr nəticəsində texniki xidmət stansiyasının binası dağılıb və yanğın baş verib. İki sərnişin avtobusu və yeddi minik avtomobili vurulub. Bundan başqa, altı fərdi ev zərbəyə məruz qalıb - onların dam örtükləri zədələnib. Həmçinin təcili tibbi yardım avtomobili də zədələnib", - Kiper qeyd edib.
Ölənlər və xəsarət alanlar barədə məlumat daxil olmayıb.
