satellite   Azerspace-1: 11135 H 30000

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir - FOTOLAR

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir<font color=red> - FOTOLAR</font> Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir<font color=red> - FOTOLAR</font> Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir<font color=red> - FOTOLAR</font>

“Remitly” şirkətinin keçirdiyi və 4600-dən çox insanın iştirak etdiyi sorğunun nəticələrinə əsasən, ən nəzakətli ölkələrin reytinqində Yaponiya birinci yeri tutub.

NTV xəbər verir ki, sorğuda Yaponiya 35,2 faiz səslə lider olub və digər ölkələri əhəmiyyətli dərəcədə qabaqlayıb. Respondentlər Yaponiyada hörmətə əsaslanan mədəniyyət, ictimai davranış qaydaları və sosial harmoniyanı əsas üstünlüklər kimi qeyd ediblər.

İkinci yerdə 13,4 faiz səslə Kanada qərarlaşıb. Ölkə qonaqpərvərliyi və nəzakətli davranışları ilə seçilir.

Üçüncü yerdə isə 6,2 faiz nəticə ilə Böyük Britaniya yer alıb.

Reytinqdə Avropa ölkələri ümumilikdə yüksək təmsil olunub. İlk onluğa Almaniya, İsveç, Danimarka və Finlandiya da daxil edilib.

Afrika regionundan isə ilk 25-likdə yalnız Cənubi Afrika Respublikası yer alıb.

Sorğu nəzakət anlayışının regionlara görə fərqli qavranıldığını və turizm, eləcə də beynəlxalq münasibətlərə təsir etdiyini göstərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM