satellite   Azerspace-1: 11135 H 30000

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un “Cicada” adlandırılan yeni BA.3.2 variantını izləyir. Variant artıq 23 ölkədə, o cümlədən ABŞ, Honq-Konq, Mozambik və Böyük Britaniya ərazisində aşkarlanıb.

NTV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Mütəxəssislər bildirirlər ki, hazırda bu variantın digər COVID-19 ştamları ilə müqayisədə daha təhlükəli olduğuna dair sübut yoxdur. Bununla belə, ilkin müşahidələr uşaqlar arasında yoluxma ehtimalının daha yüksək ola biləcəyini göstərir.

“Cicada” variantı ÜST tərəfindən “müşahidə altında olan” kateqoriyaya daxil edilib və onun qlobal səhiyyəyə mümkün təsiri araşdırılır.

Simptomların əvvəlki variantlarla oxşar olduğu qeyd edilir: yüksək hərarət, öskürək, boğaz ağrısı, yorğunluq və digər respirator əlamətlər.

Ekspertlərin fikrincə, mövcud vaksinlər qoruyucu təsirini saxlayır və yoluxma hallarında xəstəlik əsasən yüngül keçir. Yeni variantların yaranması isə COVID-19 üçün gözlənilən proses hesab olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM