ABŞ və İsrailin İrana qarşı mümkün müharibəsi nəticəsində yaranan enerji tədarükü böhranı Avropa da daxil olmaqla bir çox regiona təsir göstərə bilər.
NTV xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Atlantik Şurasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, böhran yanacaq qiymətlərinin artmasına və malların əlçatanlığının azalmasına səbəb olur.
Xüsusilə aviasiya və dizel yanacağı sahəsində Avropada ciddi çətinliklər gözlənilir. Birol əlavə edib ki, münaqişənin davam etməsi qlobal iqtisadi proqnozların pisləşməsinə və inflyasiyanın artmasına gətirib çıxara bilər.
