satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Prezidenti: İrana məxsus gəmilər blokadamıza yaxınlaşsa, dərhal məhv ediləcək

ABŞ Prezidenti: İrana məxsus gəmilər blokadamıza yaxınlaşsa, dərhal məhv ediləcək

İranın Hərbi Dəniz Qüvvələri tamamilə məhv edilib və bu ölkənin 158 gəmisi dənizin dibindədir.

NTV xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, ABŞ “o qədər də təhlükəli” hesab etmədiyi, İranın isə “sürətli hücum gəmiləri” adlandırdığı az sayda gəmiləri vurmayıb.

“Xəbərdarlıq edirəm, əgər bu gəmilərdən hər hansı biri blokadamıza yaxınlaşsa, dənizdəki narkotik satıcılarına qarşı istifadə etdiyimiz öldürmə metodundan istifadə olunmaqla dərhal məhv ediləcək. Bu, daha sürətli və öldürücüdür”,- deyə Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı bu gün İran limanlarının blokadasına başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM