satellite   Azerspace-1: 11135 H 30000

Çin nümayəndəsi: Hörmüz boğazında maneəsiz keçid ortaq maraqlara xidmət edir

Çin nümayəndəsi: Hörmüz boğazında maneəsiz keçid ortaq maraqlara xidmət edir

 

Hörmüz boğazında təhlükəsizliyin, sabitliyin və maneəsiz keçidin qorunması beynəlxalq ictimaiyyətin ortaq maraqlarına xidmət edir.

NTV  xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Quo Ciakunun keçirdiyi brifinqdə Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın Hörmüz boğazında su yolunun hərbi blokadasına əmr verməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Hörmüz boğazının beynəlxalq mal və enerji ticarəti üçün həyati əhəmiyyət kəsb etdiyini bildirən Quo Ciakun bildirib ki, boğazdan gəmilərin keçidinin pozulması İranla bağlı münaqişədən qaynaqlanır və irəliləyişin yolu ən qısa zamanda atəşkəsi təmin etmək və döyüşlərə son qoymaqdır.

“Bütün tərəflər sakit qalmalı və təmkinli olmalıdır. Çin müsbət və konstruktiv rol oynamağa davam etməyə hazırdır”, - deyə o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM