satellite   Azerspace-1: 11135 H 30000

Hesabat: Sudanda milyonlarla insan gündə bir dəfə qidalanaraq həyatda qalır

Hesabat: Sudanda milyonlarla insan gündə bir dəfə qidalanaraq həyatda qalır

Sudanda milyonlarla insan ölkədəki ərzaq böhranının dərinləşməsi və yayılması təhlükəsi altında gündə yalnız bir dəfə qidalanaraq həyatda NTV  xəbər verir ki, “Action Against Hunger”, “CARE International”, “International Rescue Committee”, “Mercy Corps” QHT-lərindən olan qrup, habelə Norveç Qaçqınlar Şurası tərəfindən bazar ertəsi günü açıqlanan hesabata görə, Sudan ordusu ilə hərbiləşdirilmiş Çevik Müdaxilə Qüvvələri arasında artıq üçüncü ildir davam edən müharibə dünyanın ən böyük humanitar böhranlarından biri olan geniş yayılmış aclığa və milyonlarla insanın didərgin düşməsinə səbəb olub.

Təşkilatların hesabatında deyilir: “Münaqişənin ən çox təsirləndiyi iki ərazidə - Şimali Darfur və Cənubi Kordofanda milyonlarla ailə gündə yalnız bir dəfə qidalana bilir”.

Hesabatda deyilir ki, bu insanlar tez-tez bütün günü yemək yemirlər. Əlavə olunur ki, bir çox insan sağ qalmaq üçün yarpaq və heyvan yemi yeməyə məcburdur. 2026-cı ilin Humanitar Ehtiyaclar və Reaksiya Planına görə, Sudan əhalisinin təxminən 61,7 faizi və ya 28,9 milyon insan kəskin qida çatışmazlığından əziyyət çəkir.

Birləşmiş Millətlər Təşkilatı geniş yayılmış vəhşiliklər və etnik zorakılıq dalğaları barədə məlumat verib. Noyabr ayında qlobal aclıq monitorinqi ilk dəfə olaraq Əl-Faşerdə, eləcə də Kaduglidə aclıq hökm sürdüyünü təsdiqləyib.

Hesabatda bildirilir ki, qadınlar və qızlar qeyri-mütənasib şəkildə təsirlənir, çünki tarlalara, bazarlara gedərkən və ya su götürərkən, onların zorlama və zorakılığa məruz qalması riski yüksəkdir. Həmçinin qeyd olunur ki, qadınların başçılıq etdiyi ailələrin ailə başçısı kişilər olanlara nisbətən qida çatışmazlığı ilə üzləşmə ehtimalı üç dəfə çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM