Cənubi Koreyanın Çonqcu şəhərindəki restoranda qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 15 nəfər xəsarət alıb.
NTV Cənubi Koreya mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 4 radələrində üçmərtəbəli kommersiya binasının birinci mərtəbəsində baş verib. Partlayış nəticəsində yaxınlıqdakı evlərin 8 sakini şüşə qırıntılarının yaratdığı kəsiklərlə xəstəxanalara yerləşdirilib, 7 nəfər yüngül xəsarət alıb.
Partlayış yaxınlıqdakı avtomobillərə də ziyan vurub, sakinlər təxliyə edilib.
Səlahiyyətli qurumlar hadisənin səbəblərini və zərərin miqyasını araşdırır.
